Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırılıb

Milli Məclisin mayın 3-də keçirilən plenar iclasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” dəyişiklik müzakirəyə çıxarılıb.

Milli Məclisin mayın 3-də keçirilən plenar iclasında "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" dəyişiklik müzakirəyə çıxarılıb. "Olaylar"ın məlumatına görə, hazırda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır. Qanunvericilik təşəbbüsü hüququ subyekti bu təklifi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədi ilə təqdim edib. Layihədə təklif olunub ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın. Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31