Deputat: “Məktəblərdə uşaqları şikəst edirlər”

Deputat: “Məktəblərdə uşaqları şikəst edirlər”

"Orta məktəb uşaqlarını şikəst edirlər. Uşaqların da, anaların da beli əyilib. Biz də məktəbə getmişik. Bu nədir?! Bu işlərə bir əncam çəkmək lazımdır". "Olaylar" xəbər verir ki, Milli Məclisin bu günkü iclasında çıxış edən deputat Aqil Abbas deyib. Deputat məsələ ilə bağlı Təhsil Nazirliyinə də səslənib. "Nəvələrim məktəbə gedir. Çantalarını götürə bilmirəm. Bu işlərə son qoymaq lazımdır. Xahiş edirəm, İsa müəllim, (İsa Həbibbəyli - Milli Məclisin Elm və təhsil komitəsinin sədri-red) bu məsələni Təhsil Nazirliyi ilə fikirləşin!"

Deputat Aliment Fondunun yaradılmasını təklif edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31