Milli Məclis 22 məsələni müzakirə edəcək

Milli Məclis 22 məsələni müzakirə edəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 22 məsələ daxildir. "Olaylar" xəbər verir ki, iclasda əvvəlcə Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı təqdim olunacaq. Məlumatı Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edəcək. Gündəliyə "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə", "Sığorta fəaliyyəti haqqında", "Dövlət rüsumu haqqında" və s. qanunlara, o cümlədən Mülki, Mənzil, Vergi, Gömrük, Su, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri daxildir. Deputatlar yeni hazırlanan "Aqrar sığorta haqqında" qanun layihəsinə də baxacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31