Sosial iqtisadi inkişafla bağlı müşavirə regionlarda müzakirə edilir

Sosial iqtisadi inkişafla bağlı müşavirə regionlarda müzakirə edilir

"Ağcabədi rayon İcra Hakimiyyətin başçısı Sahin Məmmədov rayonun Hüsülü kəndində vətəndaşlarla, yerli kənd sakinləri ilə görüş keçirib. İcra başçısı görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu 16 il  müddətində, xüsusilə, 11 aprel seçkilərindən ötən bir il ərzində apardığı uğurlu daxili və xarici siyasətdən danışıb". Bunu "Olaylar"a deyən millət vəkili Tahir Rzayevin sözlərinə görə, Ş. Məmmədov görüşdə dövlət başçısının ölkənin sosial-iqtisadi inkişafı, Azərbaycan vətəndaşlarının maddi-rufah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən, ələlxüsus, 2018-ci ildə və 2019-cu ilin birinci rübündə geniş vüsət alan islahatlar prosesindən, sosial islahatlardan, eləcə də, dünyada baş verən hadisələrə,  qarşıdurmalara, qlobal kataklizmlərə rəğmən, Azərbaycandakı ictimai-siyasi sabitlikdən, Azərbaycanın  dünyanın, yerləşdiyi coğrafiyanın sabitlik və təhlükəsizlik adasına çevrilməsindən, o cümlədən, uğurla reallaşdırlan mühüm regional və transmilli layihələrdən, onların uğurlu nəticələrindən geniş söz açıb. İcra başçısı görüş zamanı diqqəti  aprelin 30-da Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasa cəlb edərək, ümumiyyətlə, bu tipli iclasların artıq bir ənənəyə çevrildiyini, hesabatlılıq daşıdığını və ölkənin sosial-iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə müsbət töhfələr verdiyini vurğulayıb. O, eyni zamanda, ölkədə dövlət başçısının rəhbərliyi ilə bir çox məsələlərin həlli yönündə görülən genişmiqyaslı tədbirlərdən və onların adıçəkilən iclasda geniş şəkildə dilə gətirilməsindən, müzakirə edilməsindən, eləcə də, növbəti hədəflərin müəyyənləşdirilməsindən bəhs edib. Ş. Məmmədov həm də  ölkə başçısı tərəfindən imzalanan "Strateji Yol Xəritəsi"ndən və burada nəzərdə tutulan tədbirlərin gedişindən, həmçinin, qaz limitinin artırılmasından və bunun məhz ölkə prezidentinin təşəbbüsü olaraq, reallaşdırılmasından,  həmçinin, digər sosial məsələlərdən danışıraq,  kənd sakinlərini ətraflı şəkildə məlumatlandırıb.

Millət vəkili qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin 16 illik hakimiyyəti dövründə həyata keçirdiyi siyasət, regionların inkişafı yönündə uğurla reallaşdırlan 3 Dövlət Proqramı  ( artıq 4-cü Dövlət Proqramının da icrasına başlanılıb)  nəticəsində Azərbaycanın digər bölgələri kimi, Ağcabədi rayonu da son illər əzrzində böyük sürətlə inkişaf edib, gözəlləşib, simasını dəyişib. Hər bir bölgə kimi Ağcabədi rayonu da hər zaman dövlət başçısının diqqət mərkəzində olub, onun diqqət və qayğısı ilə əhatələnib. Dövlət başçısı bir neçə dəfə rayonumuzda olub, görülən işlərlə yaxıdan tanışlıq imkanı əldə edib, həmçinin, Ağcabədinin sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə fərman və sərəncam imzalayıb. Bu fərman və sərəncamların uğurlu nəticələri də göz önündədir. Ağcabədi bu gün ölkənin ən inkişaf etmiş bölgələrindən biri kimi hər birimizi, bütün ağcabədililəri qürürlandırmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31