BU İKİ MEYVƏNİ UŞAQLARA VERMƏYİN – HƏKİMDƏN XƏBƏRDARLIQ
2 May 2019 16:23 SosialMağazalarda artıq mövsümün meyvələri hesab edilən çiyələk və alçanın satışı başlayıb. Ancaq heç bir halda uşaqlara verilməsi düzgün deyil.ONN media xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev məlumat paylaşıb.O bildirib ki, hazırda satışda olan bu meyvələr təbii halda yetişdirilməyib. Bu səbəbdən xüsusilə uşaqlara verilməsi məsləhət görülmür:"Satışına yeni başlanılıb. Uşaqlara hələ vermək məsləhət deyil. Artıq şikayət edənlərin sayı artır. Deməli, xeyirindən çox ziyanı var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31