Bakı Biznes Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib
Mayın 2-də Bakı Biznes Universitetində (BBU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi və rəqabətliliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
2 May 2019 16:01 SosialMayın 2-də Bakı Biznes Universitetində (BBU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi və rəqabətliliyinin yüksəldilməsi istiqamətləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Olaylar.az xəbər verir ki, konfransın məqsədi ali təhsilin beynəlmiləlləşdirilməsi və rəqabatliyin yüksəldilməsi, təhsil sisteminin inkişafının nəticələrinin təhlil edilməsi və perspektivdə bu prosesin daha uğurlu davam etdirilməsi üçün qarşıya qoyulan vəzifələrin həlli yollarını müəyyənləşdirməkdən ibarətdir.
Konfransı Bakı Biznes Universitetinin rektoru, iqtisad elmələri doktoru professor İbad Abbasov giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamladı və konfransın aktuallığı, məqsədi, mahiyyəti, müzakirə olunacaq məslələrdən qısa şəkildə bəhs etdi. Sonra o, konfrasnın gedişatına uğurlar arzuladı.
Rektor qeyd edib ki, Azərbaycanın beynəlxalq təhsil sisteminə inteqrasiyası, respublikada təhsilin beynəlmiləlləşməsi prosesinin əsası ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə qoyulub. Bu gün bu proses Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə ali təhsilin beynəlmiləlləşdirilməsi və rəqabətliliyinin yüksəldilməsi istiqamətlərində önəmli addımlar atılır.
Konfransda "İnsan kapitalının formalaşması və təhsilin keyfiyyətinə təminat", "Ali təhsil müəssisələrində keyfiyyət təminatı sistemi", "Beynəlxalq maliyyə və mühasibat uçotu standartlarının tətbiqi: kadr potensialı və inkişaf istiqamətləri", "Ali təhsil sistemində beynəlxalq rəqabətliliyin artırılmasında təhsil və tədris proqramlarının təkmilləşdirilməsinin əhəmiyyəti", "Azərbaycanda təhsilin beynəlxalq rəqabətliliyinin təmin edilməsində xarici dillərin rolu", "Təhsilin rəqabətliliyinin təmin edilməsində riyazi fənlərin tədrisi üzərinə düşən vəzifələr" mövzularında müzakirələr aparılıb.
Nigar Orucova



