Azərbaycan mədəniyyətlərarası dialoqa mühüm töhfə verir

Mayın 2-də V Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin yüksək səviyyəli görüşü keçirilib

Mayın 2-də V Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin yüksək səviyyəli görüşü keçirilib. "Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun əhəmiyyəti" mövzusunda keçirilən görüşdə çıxış edən mədəniyyət naziri Əbülfəz Qarayev forumun əhəmiyyətindən danışıb. Bildirib ki, artıq forum beynəlxalq bir platformaya çevrilib. Nazir qeyd edib ki, mədəniyyət xalqlar arasında mühüm bir körpü rolunu oynayır. Nazir əmin olduğunu bildirib ki, bu kimi toplantılar mədəniyyətlərarası dialoqa mühüm töhfə verir: "Forumda 100 - dən artıq ölkə, 30 - dan çox beynəlxalq təşkilatdan nümayəndə iştirak edir. Bu da forumun əhəmiyyətindən xəbər verir". BMT təmsilçisi Miguel Martins deyib ki, təmsil etdiyi təşkilat da sivilizasiyalararası dialoqa üstünlük və önəm verir. Biz bununla heç də YUNESKO -nun fəaliyyətini təlqin edib təkrarlamırıq: "Bakıda keçirilən bu forum mədəniyyətlərarası dialoqda mühüm rol oynayır. BMT üzvü olan dövlətlər də sivilizasiyalararası alyansa dəstək verməlidir. Həmçinin bununla Bakı prosesinə də dəstək olmalıyıq". Avropa Şurasının baş katibinin müavini xanım Qabriella deyib ki, bu xüsusi mövzunu özündə ehtiva edir. Mədəniyyətlərarası dialoq mühüm əhəmiyyət kəsb edir və biz hamılıqla bu prosesə dəstək olmalıyıq: "Biz bu təsisatların işləməsi və insanların ondan faydalanması üçün addımlar atıb, tədbirlər görməliyik". İSESKO-nun baş katibi Əbdüləziz Tüveyciri çıxışı zamanı qeyd edib ki, dünyada mövcud olan terrorizm və Islama qarşı olan əsasız hücumlar, onların aradan qaldırılmasının ən yaxşı yolu mədəniyyətlərarası dialoqdur: "İslamı terrora bərabər tutmaq kimi cəhdlər olur. Bu isə ümumən Islam dininə təhqirdir. Islam dini sülh, barış dindir". ISESCO baş katibi bu fəaliyyətə və mədəniyyətlərarası dialoqa verdiyi töhfəyə görə Azərbaycan tərəfinə təşəkkür edib. Baş katib onu da diqqətə çatdırıb ki bəzi dəlisov liderlər insanları ölümə, təhlükəyə aparırlar. Nazirlərin yüksəksəviyyəli görüşündə çıxış edən digər qonaqlar da bu forumun əhəmiyəti və mədəniyyətlərarası dialoqa verdiyi töhfədən danışıblar.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31