Azərbaycanda yoxsulluq səviyyəsi açıqlandı
Azərbaycanda yoxsulluq səviyyəsi açıqlandı
2 May 2019 14:45 Sosial"Azərbaycan 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri üzrə müəyyən öhdəlik götürmüş 193 BMT üzv ölkəsi sırasındadır"."Olaylar" xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması" mövzusunda beynəlxalq təşkilatların yüksək səviyyəli görüşündə deyib.Onun sözlərinə görə, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vacib addımlar atır: "Azərbaycan BMT-nin fəal üzvüdür, yoxsulluq və işsizliklə mübarizədə nailiyyətlərinə görə "Cənub-Cənub" mükafatına layiq görülüb". S.Həsənova xatırladıb ki, 2000-ci illərin əvvəlində ölkədə yoxsulluq səviyyəsi 50 faizə bərabər idi, indi isə bu göstərici 5 faizədək azalıb. Nazir müavini əlavə edib ki, Azərbaycan hökuməti Dayanıqlı İnkişaf üzrə Əlaqələndirmə Şurası yaradıb və bu qurum aktiv fəaliyyət göstərir.