Bakıda 12 avtomobili əzən "Gelandewagen" sürücüsü saxlanıldı - VİDEO
2 May 2019 13:16 SosialBakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Gelandewagen" markalı avtomobilin sürücüsü müəyyən edilib.
Trendin verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Gelandewagen" markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 avtomobilə ziyan vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31