"Heydər Əliyev və Çin" kitabının təqdimatı keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdində Beynəlxalq münasibətlər kafedrasının dosenti Rafiq Abbasovun "Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)" kitabının təqdimatı keçirilib.

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdində Beynəlxalq münasibətlər kafedrasının dosenti Rafiq Abbasovun "Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)" kitabının təqdimatı keçirilib.

Millət vəkili Aydın Mirzəzadə təqdimat mərasimində iştirak etməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan və Çin münasibətlərinin ölkəmizin xarici siyasətində önəmli yer tutduğunu qeyd edərək, bu münasibətlərin yüksək səviyyəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb. 

Millət vəkili Çingiz Qənizadə bildirib ki, Çin Azərbaycanın haqq səsini müdafiə edən ən qüdrətli dövlətlərindən biridir, Çinlə Azərbaycanın dostluq və işgüzar münasibətlərinin formalaşmasının ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə şahidi olmuşuq.

Daha sonra çıxış edən Çinin ölkəmizdəki səfirliyinin siyasi şöbəsinin müdiri Cen Hay Nin "Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)" kitabının nəşr olunması münasibəti ilə Çinin fövqəladə və səlahiyyətli səfiri Vey Jinhuanın təbriklərini dilə gətirib, kitabı ərsəyə gətirən Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasova təşəkkürünü bildirib.

Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə, İctimai məsələlər üzrə rektorun müşaviri Sərraf Hüseynov, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli, Beynəlxalq münasibətlər kafedrasının dosentləri Namiq Əsədov və Samirə İmanova Çinlə Azərbaycan arasındakı münasibətlərin qurulması və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər, təqdim olunan kitabın mühüm mənbə rolunu oynadığını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31