“Veysəloğlu” Qrup “Beynəlxalq Talassemiya gününə” həsr olunan qanvermə aksiyası keçirib

“Veysəloğlu” Qrup “Beynəlxalq Talassemiya gününə” həsr olunan qanvermə aksiyası keçirib

"Veysəloğlu" Şirkətlər Qrupu "Bir damla qan, qurtarılan bir can" adlı növbəti qanvermə askiyasını həyata keçirib.  Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, aksiya 8 May "Beynəlxalq Talassemiya gününə" həsr olunub. Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədilə keçirilən qanvermə aksiyasında "Veysəloğlu" MMC, "Ulduz" şokolad fabriki, "Araz" supermarketlər şəbəkəsi, "OBA" marketlər şəbəkəsi, həmçinin "Xonça" şirniyyat istehsalatının əməkdaşları fəal iştirak ediblər.

Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşaiyəti ilə həyata keçirilən aksiyada hər il şirkətlər qrupunun yüzlərlə əməkdaşı donor qismində könüllü olaraq iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31