Bakıda dəniz sahilində tapılan meyitin kimliyi bəlli oldu
Bir neçə gün əvvəl Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbəsində - dəniz sahilində meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşdirilib.
1 May 2019 11:39 SosialBir neçə gün əvvəl Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbəsində - dəniz sahilində meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşdirilib.
Publika.az-ınəldə etdiyi məlumata görə, aparılan araşdırmalar zamanı dalğaların çimərlik ərazisində sahilə çıxardığı meyitin Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Əliyeva Arzu Məmmədrafil qızına məxsus olması dəqiqləşib. Onun intihar etdiyi ehtimal edilir.
A.Əliyevanın haradan, hansı səbəbdən özünü dənizə atması hələlik dəqiqləşməyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31