“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika elmi konfransı

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA- nın Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasınınn 94-cü il dönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda II Respublika elmi konfransı keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, tədbirdən öncə konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Konfrans AMEA-nın əsas binasında işə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə tədbiri açaraq, Ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edib. Akademik Teymur Bunyadov və professor Misir Mərdanov da öz xatirələrini bölüşüblər.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev konfransın iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətini qeyd edib və konfransın işinə uğurlar arzulayıb.

AMEA - nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin "Heydər Əliyevin azərbaycançılıq təlimində ədəbiyyat və incəsənət məsələləri" adlı məruzəsi böyük maraqla qarşılanıb.

Konfransın "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı birinci bölməsində mövzu ilə bağlı Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, AMEA Fəlsəfə İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli, Siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, AMEA Memarlıq və İncəsənət İnstitutu kulturologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi Gülçin Kazımi, kulturologiya üzrə fəlsəfə doktoru Fərqanə Hüseynova, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Kərimli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Qafarova, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Kərimova, Metodiki mərkəzin Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev çıxış edib.

Konfransın "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" adlı ikinci bölməsində AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Məmməd Əliyev, Mətbuat tarixi və publisistik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva-Kəngərli, filologiya üzrə fəlsəfə doktoru, Rəssamlıq Akademiyasının dosenti Aida Abdullayeva, filologiya üzrə fəlsəfə doktoru Xədicə İsgəndərli, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, Metodiki mərkəzin elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı mövzu ilə bağlı çıxış edib.

Səmərəli keçən konfransda iştirakçılara "Heydər Əliyev" döş nişanı təqdim edilib. Konfransda ən yaxşı məruzələr üçün 9 alimə diplomlar təqdim edilib. Həmçinin konfransın təşkil edilməsində fəal iştirak edən əməkdaşlar xüsusi sertifikatlarla mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31