Metroların giriş-çıxışlarına, avtobus dayanacaqlarına ciddi nəzarət olunacaq
Bakı şəhər İcra hakimiyyətinin (BŞİH) Xidmət və Ticarət Departamenti IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı gücləndirilmiş iş rejiminə keçib. Bu barədə departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.
3 May 2017 18:22 SosialBakı şəhər İcra hakimiyyətinin (BŞİH) Xidmət və Ticarət Departamenti IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı gücləndirilmiş iş rejiminə keçib. Bu barədə departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.
Onun sözlərinə görə, xidmət əməkdaşlarına ciddi tapşırıq verilib: "Departamentin bütün əməkdaşları mayın 1-dən gücləndirilmiş iş rejimində çalışır. Bu iş rejimi ayın sonuna qədər davam edəcək. Əsas məqsəd IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və oyunlar zamanı metroların giriş-çıxışlarına, avtobus dayanacaqlarına, əhalinin sıx olduğu ərazilərə nəzarəti gücləndirməkdir. Mayın 1-dən sonuna qədər əməkdaşlarımız həmin ərazilərə təhkim olunub, səyyar satışın qarşısı alınır. Bu isə paytaxt sakinləri və turistlərin rahatlığını təmin etmək məqsədi daşıyır". Trend.az