Rəşid Behbudovun qızı anasının məclisinə gələ bilmədi
Mərhum xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib. Mərhumla vida mərasimi Təzəpir məscidində keçirilib. Mərasimdə Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli iştirak ediblər.
3 May 2017 16:33 SosialMərhum xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib. Mərhumla vida mərasimi Təzəpir məscidində keçirilib. Mərasimdə Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli iştirak ediblər.
Bundan başqa, Ceyran Behbudova ilə vidalaşmaq üçün Musiqili və Komediya Teatrının rəhbəriƏliqismət Lalayev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, aktrisa Şükufə Yusifova da məscidə gəlib.
Rəşid Behbudovun qızı Rəşidə Rəşid səhhəti ilə əlaqədar olaraq anasının vida mərasiminə qatılmayıb. Qqafqazinfo.az