Nazir İsmayıllıda vətəndaşları qəbul edəcək
3 May 2017 10:01 SosialSəhiyyə naziri Oqtay Şirəliyev mayın 3 - də saat 11:00-da İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirlikdən "Olaylar" - a bildirlib ki, nazir İsmayıllı, Şəki, Qəbələ, Şamaxı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq. Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31