Ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub
Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan verib. Bu illər ərzində təkcə paytaxt Bakıda deyil, eləcə də respublikanın ən ucqar rayon və kəndlərində belə müasir səhiyyə ocaqları tikilib istifadəyə verilib.
2 May 2017 13:54 SosialRespublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan verib. Bu illər ərzində təkcə paytaxt Bakıda deyil, eləcə də respublikanın ən ucqar rayon və kəndlərində belə müasir səhiyyə ocaqları tikilib istifadəyə verilib. Hazırda da səhiyyənin daha da inbkişaf etdirilməsi dövlətin əsas diqqət mərkəzində olan məsələlər sırasındadır. Millət vəkili Kəmaləddin Qafarov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə, Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşaması ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyin təzahürüdür: "Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir. Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən, tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir". Millət vəkili deyib ki, son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir: "Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində, tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2016-cı ildə bu rəqəm 36 tondan çox olmuşdur. Bunun nəticəsidir ki, tibb müəssisələrinin və xəstələrin "təhlükəsiz" donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir". Kəmaləddin Qafarovun sözlərinə görə, artıq bu gün Azərbaycan səhiyyəsi sürətli inkişaf dövrünü yaşayır: "Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən, qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 18 nəfərə qaraciyər köçürülüb, 76 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb, dövlət hesabına 865 xəstənin açıq ürək əməliyyatı icra olunub, 63 nəfərə böyrək köçürülüb. 42 sümük iliyi transplantasiyası icra edilib. Yalnız 2016-cı ildə dövlət hesabına 956 xəstəyə 865 açıq, 91 qapalı ürək əməliyyatı icra olunub. O cümlədən, 265 uşağa 219 açıq, 46 qapalı kardiocərrahiyyə əməliyyatı icra edilib. Respublikamızda həyata
keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən, həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A (H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını alıb. Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrılıb. Konsepsiyanın müvafiq bölümündə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulub. Səhiyyə sisteminin islahatları nəticəsində, əsasən, stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaqdır. Göründüyü kimi, ulu öndərimizin əsasını qoyduğu səhiyyə strategiyası uğurla davam etdirilir, əhalinin sağlamlığı və sosial rifahı yüksəlir, tibb sahəsində yeni-yeni nanotexnolgiyalı, yüksək innovasiyalı müalicə-diaqnostika müəssisələrinin sayı və yüksək ixtisaslı tibbi personalın xüsusi çəkisi durmadan artır".
Füzuli