Tikinti sahəsində nöqsanlar aradan qalxacaq
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzalamış olduğu mühüm sənədlərdən biri də tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında fərman oldu. Fərman kifayət qədər geniş və əhatəli olunduğu üçün onun tətbiq ediləcəyi sahələr də müxtəlifdir. İlk növbədə bu fərmanın tikinti sektorunda nəzarəti gücləndirəcəyinə yol açacağı danılmazdır.
2 May 2017 13:52 SosialPrezidentin imzalamış olduğu fərman bu məqsədə xidmət edir
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzalamış olduğu mühüm sənədlərdən biri də tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında fərman oldu. Fərman kifayət qədər geniş və əhatəli olunduğu üçün onun tətbiq ediləcəyi sahələr də müxtəlifdir. İlk növbədə bu fərmanın tikinti sektorunda nəzarəti gücləndirəcəyinə yol açacağı danılmazdır.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev deyir ki, ilk növbədə bu fərman əsasında tikinti sahələrinə kameralar quraşdırılacaq, işçilərin analitik tanınma sistemi yaradılacaq. Həmçinin tikinti sahəsində əmək müqaviləsi bağlamayan şirkətlərə qarşı nəzarət gücləndiriləcək: "Azərbaycan prezidentinin 28 aprel 2017-ci il tarixli fərmanına əsasən, tikinti sahələrində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üçün bir sıra ciddi tədbirlər görüləcək.Tədbirlərdən ən diqqət çəkənləri isə tikinti sahələrində tikinti şirkətlərinin öz vəsaiti hesabına onlayn rejimdə işləyən videomüşahidə kameralarının quraşdırılması, tikinti şirkətlərinin reyestrinin aparılması və işçiləri tanıyan sistemin yaradılmasıdır. İlkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər həyata keçiriləcək. Belə ki, ilk növbədə tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılacaq. İkincisi, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmiş işçilərlə bağlı məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi həmin reyestrlə inteqrasiya ediləcək. Eyni zamanda əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq. Kameralar vasitəsi ilə tikinti sahəsində kimlərin işlədiyini aidiyyatı qurum real vaxt rejimində kamera vasitəsi ilə görəcək. Kameraların quraşdırılmasının icrasına nəzarəti isə Fövqaladə Hallar Nazirliyi həyata keçirəcək". Asif Abdullayev deyir ki, fərman əsasında qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi də nəzərdə tutulur ki, bu məqsədlə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılacaq. Yeni yaradılacaq mərkəz isə ilk növbədə fərmanda nəzərdə tutulmuş elektron reyestrin aparılması, tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidənin aparılması, işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin yaradılması və idarə edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində həyata keçirdikləri tədbirlərə dair hesabatlarının və zəruri olan digər materiallarının müqayisəli təhlil edilməsi kimi vacib məqamları yerinə yetirəcək. Bundan başqamüşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyətı orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulur. Aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlərin aidiyyəti dövlət orqanına göndərilməsi də fərmanda əksini tapan mühüm məqamlardandır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ştat sayının azaldılması hesabına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddinin 50 ştat vahidi artırılması ilə bağlı tədbirlər görülməsi də dövlət başçısının imzalamış olduğu fərmanda mühüm əhəmiyyət kəsb edən məqamlar sırasındadır".
Füzuli