Bakı Nəqliyyat Agentliyi birinci oldu
7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisində Bakı Nəqliyyat Agentliyinin stendi dizayn quruluşuna görə 1-ci yerə layiq görülüb. “OLAYLAR”-ın agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinə istinadən verdiyi xəbərə görə, “Road & Traffic 2017” sərgisinin təşkilatçıları bu nominasiyada birinci yerin qalibini müəyyənləşdirmək üçün ziyarətçilər və iştirakçılar arasında sorğu keçirib.
2 May 2017 13:37 Sosial7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisində Bakı Nəqliyyat Agentliyinin stendi dizayn quruluşuna görə 1-ci yerə layiq görülüb. "OLAYLAR"-ın agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinə istinadən verdiyi xəbərə görə, "Road & Traffic 2017" sərgisinin təşkilatçıları bu nominasiyada birinci yerin qalibini müəyyənləşdirmək üçün ziyarətçilər və iştirakçılar arasında sorğu keçirib. Nəticələrə əsasən məlum olub ki, Bakı Nəqliyyat Agentliyinin stendində təqdim edilən GPS sistemi, Bakının yol infrastrukturu ilə bağlı maket, Sürücü Təlim Mərkəzində istifadə edilən simulyator, avtobus informasiya terminalı ziyarətçilərdə böyük maraq yaradıb.