Xidmət rəisi vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 18.05.2017-ci il tarixdə saat 11:00-da Xidmətin Kürdəmir rayon şöbəsində vətəndaşları qəbul edəcək.
2 May 2017 13:34 SosialAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 18.05.2017-ci il tarixdə saat 11:00-da Xidmətin Kürdəmir rayon şöbəsində vətəndaşları qəbul edəcək. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, qəbulda Hacıqabul, Şirvan, Salyan, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 15.05.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan şəhər və rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.