BDU-nun Tətbiqi Riyaziyyat ETİ ilə Ukraynanın Mexanika İnstitutu arasında əməkdaşlıq
2 May 2017 10:24 SosialBakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu (TRETİ) ilə Ukrayna Milli Elmlər Akademiyasının (MEA) S.M.Timoşenko adına Mexanika İnstitutu arasında elmi əməkdaşlığı inkişaf etdirmək üçün əməkdaşlıq müqaviləsi imzalanıb.
Akademiyadan "Olaylar" - a bildirlib ki, müqaviləyə əsasən, TRETİ-nin əməkdaşları Mexanika İnstitutunda nəşr olunan "Tətbiqi mexanika" jurnalına, ukraynalı alimlər isə TRETİ-də çap edilən Tətbiqi və Hesablama Riyaziyyatı, həmçinin Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat jurnallarına məqalələrini təqdim edəcəklər.
Müqaviləni BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Mexanika İnstitutunun direktoru, akademik Aleksandr Quz təsdiq edib, TRETİ-nin direktoru, akademik Fikrət Əliyev və Mexanika İnstitutunun şöbə müdiri, akademik Anatoli Martınyuk imzalayıblar.