Azərbaycanda pambıq tarlasında faciə
30 Aprel 2017 19:07 SosialKürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Rayonun Qarasu kəndi yaxınlığındakı pambıq tarlasından 1956-cı ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuş Cəbrayılova Qızbəst Məhəddin qızının meyiti tapılıb. İlkin araşdırma zamanı qadının pambıq sahəsində işlədiyi və paltarının su motoruna ilişməsi nəticəsində ağır xəsarət alaraq öldüyü müəyyən edilib.
Faktla bağlı zəruri ekspertizalar təyin edilib, araşdırma aparılır. Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31