Görmə qabiliyyətini itirmiş şəxslərin tibbi müayinəsi
29 Aprel 2017 09:38 SosialGörkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə 3 saylı şəhər poliklinikasında görmə qabiliyyətini tam itirmiş insanların hərtərəfli tibbi müayinəsi təşkil olunub. Nazirlikdən "Olaylar" -a bildirilib ki, aksiya çərçivəsində gözdən əlil insanlar elektrokardioqrafiya, ultrasəs, flyuoroqrafiya müayinəsindən keçirilib, həmçinin, laboratoriya analizləri aparılıb. Bununla yanaşı, aksiyada iştirak edənlər terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, lor, kardio-revmatoloq, pediatr, cərrah profilli həkimlərin qəbulunda olub, müayinə edilib və müvafiq müalicə tədbirləri üçün istiqamətlər verilib.
28-29 aprel tarixlərində keçirilən aksiya çərçivəsində 200-ə yaxın görmə qabiliyyətini tam itirmiş insan tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.