AMEA – nın Naxçıvan Bölməsi Türkiyənin elmi qurumları ilə əməkdaşlıq edir
28 Aprel 2017 09:52 SosialTürkiyənin İğdır Universitetinin rektoru, professor Mehmed Hakkı Alma AMEA-nın Naxçıvan Bölməsində olub. Bölmədən "Olaylar" - a bildirilib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev qonağa rəhbərlik etdiyi elmi müəssisənin yaranma tarixi, strukturu, fəaliyyəti barədə məlumat verərək aparılan araşdırmaların əhəmiyyətindən söz açıb. Bildirib ki, Naxçıvan Bölməsi Türkiyənin bir çox elmi qurumları ilə sıx əməkdaşlıq edir.
Professor Mehmed Hakkı Alma isə son illərdə iki qardaş ölkə arasında elmi əlaqələrin genişləndiyini vurğulayıb.
Görüş zamanı iki qurum arasında əməkdaşlıq protokolunun imzalanması barədə razılıq əldə olunub. Mehmed Hakkı Alma, həmçinin bölmənin Bioresurslar İnstitutunun Nəbatat bağı ilə də yaxından tanış olub
Sonda türkiyəli qonağa III cilddə "Naxçıvan Tarixi", "Naxçıvan abidələri ensiklopediyası" (Azərbaycan və ingilis dillərində), "Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri", III cilddə "Naxçıvan folklor antologiyası", "Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar", "AMEA Naxçıvan Bölməsi haqqında" kitablar hədiyyə verilib.