Bilik Fondunda  “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”

Bilik Fondunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda videokonfrans keçirilib. Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilmiş videokonfransda Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin bərqərar olması, milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanılması ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev maarifçilik ideyalarının inkişafına, milli təhsilin səviyyəsinin yüksəldilməsinə, yeni məktəblərin tikintisinə, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, yüzlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərdə təhsil almasına xüsusi önəm verib.

Videokonfransda Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Lənkəran, Şəki, Qazaxdan olan ziyalılar, yerli ictimaiyyətin nümayəndələri, gənclər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31