Binəqədi-Mehdiabad avtomobil yolu yenidən qurulur

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını yaxşılaşdırmaq istiqamətində dövlət başçısının verdiyi tövsiyyə və tapşırıqlara əsasən ölkə boyu 40 kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

Bakı şəhərində bu çərçivədə icra olunan layihələrdən biri də 10.3 km uzunluğunda olan Binəqədi-Mehdiabad-Fatmayi-Goradil avtomobil yoludur. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki,

hazırda sözügedən avtomobil yolunun 3.9-cu km-lik hissəsinin, daha dəqiqi Binəqədi-Mehdiabad hissəsinin yenidən qurulması işləri aparılır. Belə ki, eni 9-11 metr arası dəyişən yolun yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilibvə yolun hərəkət hissəsinin asfaltlanması işlərinə başlanılıb. İki hərəkət zolaqlı olan yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənir. Ümumilikdə yolun Binəqədi-Mehdiabad hissəsinin 42 min m 2 sahəsinin asfaltlanması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31