Naxçıvanda interaktiv dərsdə 204 ümumtəhsil məktəbinin şagirdləri izləyib
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçirilib.
26 Aprel 2017 18:40 SosialAMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçirilib.
Bölmədən "Olaylar" - a bildirlib ki, ""Kitabi-Dədə Qorqud" dastanları və Naxçıvan" mövzusunda keçirilən dərsdə Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanları barədə şagirdlərə ətraflı məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyul 2015-ci il tarixli Sərəncamı ilə "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq Naxçıvan şəhərində "Naxçıvanda Dədə Qorqud" beynəlxalq elmi simpoziumun keçirilməsi, professor Səfərəli Babayevin "Naxçıvanda "Kitabi-Dədə Qorqud" toponimləri" monoqrafiyasının yenidən nəşr olunması, ""Kitabi-Dədə Qorqud" və Naxçıvan" televiziya filminin hazırlanması, bu mövzusunda açıq dərslərin, dəyirmi masaların, kütləvi informasiya vasitələrində verilişlərin və qəzet materiallarının hazırlanması təşkil edilib. Həmin Sərəncamlardan irəli gələn vəzifələr bu gün də uğurla davam etdirilir.