Naxçıvanda Volla Pənah Vaqifin 300 illik yubleyi qeyd edilib

AMEA Naxçıvan Bölməsidə böyük Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubleyinə həsr olunan elmi konfrans keçirilib. Bölmədən “Olaylar”– abildirilibki, tədbir AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyi tərəfindən birgə təşkil olunub.

AMEA Naxçıvan Bölməsidə böyük Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubleyinə həsr olunan elmi konfrans keçirilib. Bölmədən "Olaylar"- abildirilibki, tədbir AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyi tərəfindən birgə təşkil olunub.

Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" 12 yanvar 2017-ci il tarixli Sərəncamının şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb

Konfransda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin həyatı və yaradıcılığı", Naxçıvan Muxtar Respublika Yazıçılar Birliyinin sədri Asim Yadigarın "Novator şair", Naxçıvan Dövlət Universitetinin professoru, f.ü.e.d. Hüseyn Həşimlinin "Vaqif lirikasının poetik xüsusiyyətləri" Naxçıvan Dövlət Universitetinin "Ədəbiyyat" kafedrasının müdiri, professor Əsgər Qədimovun "Qüdsi Vənəndi yaradıcılığında Molla Pənah Vaqif ənənələri", bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq" şöbəsinin müdiri Ramiz Qasımovun "Azərbaycan poeziyasının inkişafında Vaqif zirvəsi" həmin institutun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədovun "Molla Pənah Vaqif və folklor" mövzusunda məruzələri dinlənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31