Azərbaycanda körpələrə verilən qəribə adlar - Leysan, Qaroğlan, Tufanə...

Azərbaycanda bəzi valideynlər övladlarına təbiət hadisələri və təbiətə aid olan adlar qoyur. Son beş ildə  doğulan körpələrdən 15-nə Tufan, 18-nə Leysan, 3-nə Qaryağdı, daha 3-nə Qaroğlan adı verilib. 

Azərbaycanda bəzi valideynlər övladlarına təbiət hadisələri və təbiətə aid olan adlar qoyur. Son beş ildə  doğulan körpələrdən 15-nə Tufan, 18-nə Leysan, 3-nə Qaryağdı, daha 3-nə Qaroğlan adı verilib. 

Körpələrə Orman (son beş ildə 7), Bulud (son beş ildə 31), İldırım (son beş ildə 32), Dağlar (son beş ildə 13) kimi adlar da qoyulub.

Təbiət hadisələri və təbiətə aid olan adlara üstünlük verən valideynlər daha çox Səma (son beş ildə 3868) və Yağmur (son beş ildə 3418) kimi adlara üstünlük verir.

Bundan başqa, son beş ildə körpələrə Buludxan, Buludxanım, Yağmurcan, Yağmur Nur, Yağmur Fatma, Yağmur Dərya, Şimşək, Şimşəkcan, hətta Leysanə, Tufanə kimi adlar da verilib. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31