Akif Əlizadə “Poisk” qəzetinin nümayəndəsi ilə görüşdü
26 Aprel 2017 10:19 SosialAMEA prezidenti, akademik Akif Əlizadə Rusiyanın "Poisk"qəzetinin baş redaktorunun birinci müavini Yelizaveta Ponarinanı qəbul edib. Akademiyadan "Olaylar" - a bildirilib ki, AMEA Rəyasət Heyətində keçirilən görüşün əsas məqsədi AMEA Yüksək Texnologiyalar Parkının (YTP) fəaliyyəti ilə tanışlıq və birgə əməkdaşlıq imkanlarının müzakirəsi idi.
Akif Əlizadə akademiyanın analitik beyin mərkəzi hesab edilən YTP - nin fəaliyyətinin ilkin mərhələsində olmasına baxmayaraq bir sıra beynəlxalq sertifikatlara layiq göruldüyünü xatırlatdı. Burada ölkə alimlərinin çex, rus və bolqar alimləri ilə əməkdaşlıq əlaqələrini, YTP - nin əsas etibarilə neft-kimya və texniki istiqamətləri əhatə etdiyini bildirdi.
AMEA prezidenti may ayında "Azərbaycan Milli Elmlər Akademiyasının professoru" elmi adını almaq üçün keçiriləcək müsabiqə haqqında da qonağa məlumat verdi.
Sonda A.Əlizadə qonağı AMEA-nın aprel ayının 28-də keçiriləcək Ümumi Yığıncağında iştirak etməyə dəvət edib.
"Poisk" qəzetinin baş redaktorunun birinci müavini Y.Ponarina AMEA-da aparılan tədqiqatları, innovativ layihələri və YTP-nın çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib, akademiya ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.