Tibb işçilərinin hüquqi maarifləndirilməsinə dair treninq
26 Aprel 2017 10:09 Sosial"Vətəndaşların müraciətləri haqqında" Qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqinin təminatı məqsədi ilə təşkil olunan treninqlər davam edir. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçən treninqlər Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilir. Nazirlikdən "olaylar" - a bildirlib ki, növbəti treninq Səhiyyə Nazirliyi islahatlar Mərkəzində təşkil olunub.
Treninq tibb işçilərini hüquq və vəzifələrinə dair maarifləndirilməsi, şikayətlərin hüquqi həlli, tibb işçilərinin öz hüquqları ilə yanaşı pasiyent hüquqlarını da lazımi səviyyədə öyrənməsi, onlarla düzgün ünsiyyətin qurulması baxımından böyük əhəmiyyət kəsb edir.
İSİM də keçirilən treninqdə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Milli Onkologiya Mərkəzinin, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun, Respublika Perinatal Mərkəzinin, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının, 3 nömrəli Şəhər Klinik Xəstəxanasının, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun, Kliniki Tibbi Mərkəzin və Bakı Sağlamlıq Mərkəzinin mütəxəssisləri iştirak ediblər.