Nazirin görüşünün tarixi dəyişdirildi
26 Aprel 2017 10:05 SosialEkologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Qusar şəhərində Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Xızı rayonlarında yaşayan vətəndaşlarla 28 aprel tarixində nəzərdə tutulmuş görüşü 5 may tarixinə dəyişdirilib. Nazirlikdən "Olaylar" - a bildirlib ki, görüş saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli "Qaynar xətt"i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31