İcazəsiz mənzilə daxil olanlar cərimələnəcəklər

Azərbaycanda mənzil toxunulmazlığının pozulmasına görə cərimələrin məbləği artırılır. Məlumata görə, Cinayət Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni layihəyə görə, qanunla müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmaya görə cərimələrin miqdarı 1000 manatdan 2000 manatadək artırılır. Hazırda isə bu cərimələrin məbləği 100 manatdan 500 manatadəkdir. Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozmaya görə 100 manatdan 500 manatadək olan cərimələrin də məbləği 1000 manatdan 2000 manatadək artırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31