Filologiya problemləri üzrə Elmi Şurada iclas
AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.
25 Aprel 2017 11:29 SosialAMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.
Akademiyadan "Olaylar" - a bildirlib ki, muzeyin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə keçən iclasda 7-si elmlər doktorluğu, 30-u fəlsəfə doktorluğu hazırlığı olmaqla sənəd tədqim etmiş 37 nəfərin dissertasiya mövzusu müzakirə olunub.
Müzakirələr nəticəsində 5-nin adında dəyişiklik edilməklə 28 mövzu təsdiq edilib.
Tədbirdə akademik Rafael Hüseynovla yanaşı, filologiya üzrə elmlər doktorları - Atamoğlan Həsənov, Aida Qasımova, Bilal İsmayılov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Qulu Məhərrəmli, Məmməd Qocayev, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, Şirindil Alışanov çıxış edərək fikir və təkliflərini bildiriblər.