“Beynəlхalq Yer Günü” iməclik
22 Aprel 2017 19:26 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Beynəlхalq Yer Günü" ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında, əvvəlki Binə ticarət mərkəzinin ərazisində iməcilik keçirilib. Nazirlikdən "Olaylar" - a bildirilib ki, İməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib.
Aksiyada sözügedən ərazinin 55 hektar sahəsində abadlıq işləri görülüb, o cümlədən yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib.
Qeyd edək ki, "22 aprel-Beynəlxalq Yer günü" ilə əlaqədar regionlarda da Nazirliyin yerli qurumları tərəfindən iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.