Cocuq Mərcanlıda 1037 qəlpə tapıldı
16 Aprel 2017 00:31 SosialANAMA aprelin 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
Cocuq Mərcanlı kəndində gün ərzində 1037 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 36 min 61 kv.m ərazi yoxlanılıb.
Cəmi 57 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 27 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 1 823 139 kv.m ərazi yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31