Sabiq millət vəkili də Hacı Cavad məscidindən danışdı

“Heç bir arxitektur çəkisi, məscid görünüşü olmayan, kiçik, qəza vəziyyətli, hansısa Hacı Cavadın adını daşıyan, qeydiyyatı belə olmayan məscidin sökülmə xəbərinə Sovetski əhli ayağa qalxıb etiraz etdi.

Etibar Hüseynov: "Burda farsın barmağı açıq görünür"

"Heç bir arxitektur çəkisi, məscid görünüşü olmayan, kiçik, qəza vəziyyətli, hansısa Hacı Cavadın adını daşıyan, qeydiyyatı belə olmayan məscidin sökülmə xəbərinə Sovetski əhli ayağa qalxıb etiraz etdi. Məscidi, Kərbala meydanı adlandırıb cihad elan etdilərə "bəs biz harda namaz qılaq ?" deyərək avantüristlik edənlər də oldu".

"OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən sabiq millət vəkili Etibar Hüseynov qeyd edib ki, halbuki həmin ərazinin dörd-bir tərəfində məscidlər var. Və söküntülər başladıqdan sonra Hacı Cavad məscidi demək olardı ki, kimsəsiz olurdu: "Nə isə sözümün canı başqa. Dediyim odur ki, həmin Sovetskidə Hacıbəyov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Xan əmi və onlarla elm və mədəniyyət xadiminin evi (ev muzeyləri) söküldü və ya köçürüldü. Bəs nədən həmin vaxt heç kəs səsini çıxardıb, cihada qalxmadı? Amma indi hansısa tacirin adını daşıyan, bərbad görünüşlü, qəzalı bir daxma belə əziz oldu bəyəm? Bax burda farsın barmağı açıq görünür. Hacı Talehin, qarşılarında baş eyib, əllərini öpdüyü saqqallı ağalarının dəst-xətti ortalıqdadır. Yoxsa Baqqal Cavad nə vaxtdan Üzeyirden, Mirzə Cəlildən əziz oldu? Məndə hansısa məscidin sökülməsini istəməzdim.Amma həmin ibadətxananın yerində yeni, ətraf interyeri tamamlayan daha gözəl bir məscidin tikilməsinin tərəfdarıyam ki,bu da planda nəzərdə tutulub. Ona görə də o ibadətxananın qarşısına toplaşıb araqarışdıranlar da inanın ki, Sovetski uşaqları deyil, İran cocuqlarıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31