Aİ-nin Ukraynada keçirilən tədbirində Qarabağ problemindən danışılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi İlqar Qurbanov Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “Avropa İttifaqının (Aİ) xarici münaqişələr və onların tənzimlənməsinə kompleks yanaşması” adlı konfransda iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi İlqar Qurbanov Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən "Avropa İttifaqının (Aİ) xarici münaqişələr və onların tənzimlənməsinə kompleks yanaşması" adlı konfransda iştirak edib. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, İlqar Qurbanov konfrans zamanı "Avropa İttifaqının Cənubi Qafqaz regionundakı münaqişələri tənzimləmə səyləri" adlı məqaləsini təqdim edib və Aİ- nın sözü gedən regionda münaqişələrin həllinə istiqamətlənmiş cəhdlərini Azərbaycan konteksinden analiz edib.

Qeyd edək ki, "Aİ-nın xarici münaqişələr və onların tənzimlənməsinə kompleks yanaşması" başlıqı layihə Avropa Təhlükəsizlik Strategiyası, siyasəti və bu istiqamətdə olan təşəbbüslər haqda bilikləri müxtəlif rakurslardan analiz edir, həmçinin Ukrayna və qonşuluqda yerləşən ölkələrdə əldə etdiyi təcrübələrin fonunda Aİ-nın qlobal münaqişə idarə etmə üzrə rolu ve məqsədlərinin müzakirəsinə təşviq edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31