“2015-ci ildə neft gəlirlərinin azalması qeyri-neft sektorunun inkişafına təkan verdi”
31 May 2016 13:03 SosialBunu Milli Məclisin iclasında millət vəkili Elmira Axundova deyib. E.Axundova qeyd edib ki, 2015-ci ildə 16.3 faiz qeyri-neft sektorundan olan gəlirlər artıb: "Neft gəlirlərinin azalması arzuolunan olmasa da, bu qeyri-neft sektorunun inkişafın üçün münbit şərait yaradır. Büdcə gəlirlərini səmərəli istifadəsini təmin etmək üçün konkret addımların atılmasına ehtiyac var. Bu addımlardan biri eyni təyinatlı qurumların birləşdirilməsi, yaxud ləğv olunması ola bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00