Marneulili veteranlara medikomentlər paketi və təbrik kartları təqdim olundu

Mayın 24 də, Gürcüstan prezidentinin, Qiorqi Marqvelaşvilinin təşəbbüsü ilə Veteranlar Üzrə Dövlət Xidməti və Marneuli Bələdiyyəsinin Səhiyyə və sosial təminat şöbəsinin təşkilatçılığı ilə, faşizm üzərində qələbənin 71 ci il dönümü ilə bağlı, Marneuli Bələdiyyəsində yaşayan veteranlara, Bayram Heydərova, Ziyəddin Kiryakova və Nina Zaxarova medikomentlər paketi və təbrik kartları təqdim olundu.
Marneuli Bələdiyyəsinin İcra Başçısının müavini Kamandar İsmayılov, İcra Başçısının Marneuli şəhər nümayəndəsi Elşən Həsənov, Veteranlar Üzrə Dövlət Xidmətinin Kvemo Kartli şöbəsinin rəhbəri Davit Qoçitaşvili, "Silahlı Qüvvələrə Dəstək" təşkilatının nümayəndəsi Mamuka Canuğvadze və "Veteran" jurnalının redaktoru Zaira Mikatadze veteranların ailəsində qonaq olaraq hədiyyələri şəxsən təqdim etdilər.
Qeyd etmək lazımdır ki, prezidentin təbrik məktubu və medikomentlər paketi Marneulidə yaşayan digər veteranlara bu gün 26 may müstəqillik gününə həsr olunmuş tədbirdə təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00