Marneuli Bələdiyyəsinin İcra Başçısı “Xalq Sənayesi Dərnəyi” də qonaq oldu

Mayın 21 də, Marneuli Bələdiyyəsinin İcra Başçısı Merab Topçişvili, Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Xalq Sənayesi dərnəyinin dərslərindən birində, rəsm dərsində iştirak etdi. İcra Başçısı Xalq Sənayesi dərnəyinin fəaliyyəti ilə tanış oldu. O, dərnək üzvləri ilə söhbət etdi. Eyni zamanda dərnəyin sədri və Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvili ilə tədris dərnəyinin inkşafına dəstək barədə müzakirələr apardılar.
Qeyd etmək lazımdır ki, Xalq Sənayesi dərnəyi cari il yanvardan,Marneulinin Mədəniyyət Mərkəzində fəaliyyətə başladı. Dərnək 5 aydır fəaliyyət göstərir və 20 şagird burada təhsil alır. Buraya gələn şagirdlər ənənəvi əl işlərini mənimsəyirlər.
Dərnək də müxtəlif millətlərin nümayəndələri (azərbaycanlı, erməni, gürcü, yəhudi) sənəd öyrənirlər. Dərnəyin pedaqoqu incəsənət mütəxəssisi, Tengiz Kapanadzedir.
Sözü gedən dərnəyin yaranmasında məqsəd canlı Xalq Sənayesini qoruyub saxlamaqdır. Xalq sənayesi ölkə mədəniyyətinin ayrılmaz hissəsidir, estetik nümunədir və hər zamanın aktual mövzusudur. Sakinlər yaş həddindən asılı olmayaraq mədəni incəsənət nümunələrini yaratma texnikalarını mənimsəmə imkanlarını əldə edə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00