Kanadada türk günləri
31 May 2016 12:14 SosialKanadada bu günlərdə Ontario Ştatının Parlamentində türk və Azərbaycan diasporasının geniş iştirakı ilə "türk günləri" keçirilir. Tədbir zamanı türk yeməkləri, şirniyyatları, geyim və məişətinə aid ekspanatlar sərgilənir. Türk xalqlarının yaşayışına dair sənədli filmlər nümayiş etdirilir. Tədbirdə zəngin rəngli şəkillərin yer aldığı fotosərgi keçirilib. Türk xalqlarının tarixinə və mədəniyyətinə dair tanıdıcı mühazirələr oxunub.Tədbirdə Kanadada yaşayan Azərbaycan və Türkiyə vətəndaşları fəal şəkildə iştirak ediblər. Türkiyənin Toronto Baş Konsulu Erdeniz Şən tədbir iştirakçılarını salamlayıb. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00