III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 01-04 iyun tarixlərində III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoyub. Festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub Festivalın seçim komissiyası tərəfindən 28 ölkədən 78 film müsabiqə proqramına daxil edilib. Seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar. Hər kateqoriya üzrə 3 film mükafatlandırılacaq. I yerə - Qızıl mükafat - diplom və mükafat, II yerə - Gümüş mükafat - diplom və mükafat, III yerə - Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filmi isə "QRAN PRİ" - diplom və mükafatla təltif olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00