Avropa Parlamentinin prezidenti diaspora rəhbərinə cavab verdi
31 May 2016 11:33 SosialAvropa Parlamentinin Prezidenti Martin Schultzun Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun rəhbəri Rəşad Quliyevə cavab məktubu göndərib. "OLAYLAR"-a daxil olan cavab məktubunun mətnində qeyd edilib ki, təmas xəttində hadisə baş verən günlərdə, 3 aprel tarixində atəşkəsin pozulması ilə bağlı narahatlığını tərəflərə bildirib: "Təcili olaraq 12 aprel tarixində Avropa Plenar iclasının gündəliyinə salınmışdır ki, ali təmsilçi , vitse prezident Federica Mogheriniyə icazə verilsin ki o bu məsələ ilə əlaqədar debatlara başlasın. Baş vermiş bu hadisə təəssüf ki, təsdiq edir Avropa Parlamentinin status kvonun davamlı saxlanılması qəbul edilməzdir.Bu hal gələcəkdə silahlı əməliyyatların baş vermə risqini artırır". Sonda Cənab Şultz birmənalı olaraq qeyd edib ki, Ermənistan işğal etdiyi əraziləri həmçinin Dağlıq Qarabağ ətrafı bölgələri boşaltmalı və beynəlxalq təhlükəsizlik qarantiyası altında qaçqınlar o bölgələrə qaytarılmalıdır.
Qeyd edək ki, Cənab Şultz bu məktubu Dünya Azərbaycanlıları Təşəbbüs Qrupunun rəhbəri Cənab Rəşad Quliyevin 12 aprel tarixində erməni işğalçılarının münaqişə bölgələrində təxribat törətməsi ilə bağlı yazdığı məktuba cavab olaraq göndərib.