Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Dövlət Sərhəd Xidmətində olub

Ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi cənab Mohammad Xanif Dövlət Sərhəd Xidmətində olub. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında dostluq münasibətləri məmnunluq hissi ilə qeyd olun-muş, hərbi-texniki, təlim-tədris, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspek¬tivlərinə dair fikir mübadiləsi aparılmışdır. Söhbət əsnasında həmçinin beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotrafik və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi, regional layihələrdə birgə iştirak edilməsi məsələləri müzakirə edilmiş, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsinin, təcrübə mübadiləsinin zəruriliyi vurğulanmışdır.Azərbaycan Respublikasının dövlət sərhədin¬dəki əməliyyat şəraiti və möv¬cud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhlükə olduğunu qeyd etmişdir. Görüşdə həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Əfqanistan nümayəndələrinə ətraflı məlumat verilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00