Cərimə meydançasında 4 avtomobil yanıb
31 May 2016 11:30 SosialAbşeron rayonunda 4 avtomobil yanıb. "Olaylar"ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan "Chrysler" markalı minik avtomobilin yanar hissələri, "Mercedes" minik avtomobilinin sağ hissəsi, "Mitsubishi" markalı minik avtomobilinin sol hissəsi və salonu yanıb, "Ford" markalı minik avtomobilinin qabaq hissəsi qismən əriyib. Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00