Bu dəfə Avropa şəhərciyi Gəncə olacaq
31 May 2016 11:29 Sosialİyunun 11-də Gəncədə Avropa şəhərciyi keçiriləcək. "Olaylar" xəbər verir ki, şəhərcik Gəncədəki Heydər Əliyev parkında təşkil olunacaq. Məlumata görə, 3 ildir ki, Bakıda təşkil olunan Avropa şəhərciyi "Avropa İttifaqı - Azərbaycan tərəfdaşlığının 25 ili" münasibətilə bu dəfə ölkəmizin ikinci böyük şəhəri, 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilən Gəncədə keçirilir.Tədbirdə Avropa ölkələri, onların dəyərləri, adət-ənənələri, mədəniyyətləri ilə tanış olmaq, müxtəlif maraqlı oyunlarda iştirak edərək öyrənmək və əylənmək şansını əldə olunacaq. Həmçinin, sərgi və konsert proqramı da təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00