Bayram günləri DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri işləyəcək
Vətəndaşların qəbulu keçiriləcək
27 May 2016 17:23 SosialBayram günləri Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri işləyəcək. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən qeyd olunub ki, 28 May - Respublika Günü ilə əlaqədar may ayının 28-dən 30-dək olan müddətdə, qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00