Zəlimxan Məmmədlinin erməni sevgisi?

Cəmiyyət sədri Gürcüstanda yaşayan erməniləri müdafiə edir?

Son günlər Gürcüstanın Borçalı mahalına səfərə çıxan Tofiq Yaqublunun "Yeni Müsavat"a verdiyi açıqlamaya "Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədli yuxarıda adını çəkdiyimiz qəzetin 27 may nömrəsində şubhəli və olduqca müəmmalı müsahibə verib. Vətəninfo İA onun bu müsahibəsində müəmmalı açıqlamalara aydınlıq gətirməyə çalışıb. Z. Məmmədli müsahibəsində deyir: "Ermənistan tərəfə hər hansı işlə bağlı gedənlər var," Şərh: Yaddan çıxarmayın ki, münaqişə təkcə iki dövlət arasında getmir, bu həm də iki millətin savaşıdır.

"Bəzi şəxslər fikirlər səsləndirirlər ki, soydaşlarımız Azərbaycan və Ermənistandakı proseslərə qoşulmalıdırlar. Biz bu vəziyyətdə nə əldə edə bilərik".
Sual: Dünyada yaşayan bütün ermənilər bu prosesə qoşulublar, hətta Dağlıq Qarabağa külli miqdarda hər il maliyyə yardımı etməklə yanaşı, bu əraziyə terrorçular da göndərirlər. Dünyada yaşayan azərbaycanlılar bu prosesə niyə qoşulmamalıdırlar?
Onun dediyindən belə çıxır ki, dünyada yaşayan azərbaycanlılar ermənilər əleyhinə piket və mitinq təşkil etməməlidirlər. O qeyd edir: "Dostlarımızın bəziləri düşmən münasibətləri ucqar kəndlərə daşımağa çalışırlar. Bunun daim əleyhinə olmuşam".
Sual: Bəs ermənilər Ermənistanın və Qarabağın ucqar kəndlərində yaşayan soydaşlarımızı köçkün və sürgün etmədilərmi? Sizin bu separatçı fikirləriniz hardan qaynaqlanır? Yoxsa Gürcüstana girişin yaşıl işığa çevrilməsini bu qayda ilə həll edilməsini istəyirsiniz?
"Vətəninfo" Z. Məmmədlinin bu suallara aydınlıq gətirməsini gözləyir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00