Azərbaycan dövləti 25 ildə bir çox ölkələrin bəlkə də yüz ildə keçdiyi yolu keçib
27 May 2016 12:12 Sosial"Azərbaycan dövləti 25 ildə bir çox ölkələrin bəlkə də yüz ildə keçdiyi yolu keçib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org. az saytına müsahibədə millət vəkili Musa Qasımlı səsləndirib. O, bildirib ki, güclü, rəqabətə davamlı dövlət qurulub: "Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında tariximizdə bir sıra ilklərə imza atılıb. Azərbaycan Kosmos klubunun üzvü olub, BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Ölkəmiz beynəlxalq toplantıların keçirildiyi, sivilizasiyaları qovuşduran, əməkdaşlığa cəlb edən ölkəyə çevrilib. Azərbaycan dövlətinin parlaq gələcəyi var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00